Modern.az

Afrikalı kral Azərbaycana təşəkkür etdi

Afrikalı kral Azərbaycana təşəkkür etdi

Aktual

Bu gün, 16:19

Mənzil sadəcə beton və poladdan ibarət deyil, insan ləyaqəti, təhlükəsizlik, sabitlik və ümid deməkdir.

Modern.az xəbər verir ki, bu fikirləri Esvatini Kralı Əlahəzrət III Msvati Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi açılış mərasimində səsləndirib. 

O bildirib ki, dünyada milyardlarla insan qeyri-kafi mənzil şəraiti, sürətli urbanizasiya, iqlim fəlakətləri və yoxsulluq kimi ciddi problemlərlə üzləşir.

“Əsl dayanıqlı şəhər göydələnlərin hündürlüyü ilə deyil, insanların, xüsusilə də ən həssas təbəqələrin qorunması və gücləndirilməsi bacarığı ilə ölçülür”.

III Msvati qeyd edib ki, Esvatini hökuməti əlçatan mənzil təminatı, keyfiyyətli infrastrukturun qurulması və ekoloji dayanıqlılığın gücləndirilməsi istiqamətində genişmiqyaslı proqramlar həyata keçirir.

“2025-ci ildə istifadəyə verilən “Strategiya 2030” proqramı Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq hazırlanıb”.

O əlavə edib ki, urbanizasiya və iqlim dəyişikliyi ilə bağlı çağırışların aradan qaldırılması üçün beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsinə ehtiyac var.

“Biz bərpa olunan enerji, yaşıl infrastruktur və iqlimə davamlı yaşayış məntəqələrinə yatırımları artırmalıyıq”, - deyə o bildirib.

III Msvati çıxışının sonunda Azərbaycan hökumətinə və xalqına göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, Bakıda müşahidə etdiyi inkişafı yüksək qiymətləndirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir