Budapeşt yaxın zamanda Ukraynanın Avropa İttifaqına (Aİ) qəbul olunması üzrə danışıqlara başlanmasına razılıq verə bilər.
Modern.az xəbər verir ki, bu barədə “Politico” qəzeti avropalı diplomatlara istinadən yazıb.
Qeyd olunur ki, Macarıstanın xarici işlər naziri Anita Orban Ukraynanın xarici işlər naziri Andrey Sibiha ilə telefon danışığı aparıb. Həmin gün tərəflər Zakarpatyedəki macar azlığın hüquqlarının bərpası ilə bağlı məsləhətləşmələrə başlandığını elan ediblər.
Nəşrin yazdığına görə, bu addım Budapeştin yaxın həftələrdə Ukraynanın Aİ-yə üzvlük danışıqlarına start verilməsini dəstəkləyə biləcəyinə işarədir.
Macarıstanın baş naziri Peter Magyar isə bildirib ki, Ukrayna Aİ-yə daxil olmaq üçün Zakarpatyedə yaşayan macarların hüquqlarının bərpası ilə bağlı Budapeştin irəli sürdüyü 11 şərti yerinə yetirməlidir. O, həmçinin Ukrayna hökumətinin danışıqlara tezliklə başlamağa hazır olduğunu göstərən mesaj aldığını qeyd edib.
“Politico”nun 30 aprel məlumatına görə, Aİ ölkələrinin bir qismi Ukraynanın ittifaqa sürətli qəbul planını rədd edib və bunun əvəzinə ona daha məhdud inteqrasiya modeli təklif etməyi planlaşdırır. Eyni zamanda Ukraynadan tam üzvlük üçün lazım olan islahatları həyata keçirməsi tələb olunur.