Modern.az

Hikmət Hacıyev Bakı-Tbilisi qatarının açılmasından danışdı

Hikmət Hacıyev Bakı-Tbilisi qatarının açılmasından danışdı

Aktual

19 May 2026, 14:50

Prezidentin köməkçisi Hikmət Hacıyev Bakı-Tbilisi qatarının işə düşməsindən danışıb.

Modern.az xəbər verir ki, o, hazırda bu istiqamətdə işlərin aparıldığını bildirib.

“Gürcüstanla Azərbaycan arasında Bakı-Tbilisi qatarının açılması məsələsi müzakirə olunub. Hər iki liderin verdiyi tapşırıqlara uyğun olaraq, aidiyyəti dövlət qurumları bu istiqamətdə fəaliyyət göstərir. Bu gün hər iki ölkənin hökumətləri tərəfindən birgə kommunüke qəbul olunaraq ictimaiyyətə elan edilib. Burada da işçi qaydada işlər aparılır. Hazırda ilkin səviyyədə məsələlər müzakirə olunur”,- H.Hacıyev deyib.

O qeyd edib ki, sərnişindaşıma üçün Bakı-Tbilisi qatarının açılmasının həlli yolları var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin onu İrandan çıxarmağa çalışır: Tehrana gedən sirli təyyarə