Modern.az

Azərbaycan liderliyini növbəti dəfə sübut etdi - BMT rəsmisi 

Azərbaycan liderliyini növbəti dəfə sübut etdi - BMT rəsmisi 

Aktual

Bu gün, 11:54

Qlobal Cənub QHT Platforması artıq BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Qlobal Alyansının tərəfdaşı hesab olunur.

Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin (UNOSSC) direktoru Dima Al-Khatib jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, platforma vasitəsilə Qlobal Cənub ölkələrinin qeyri-hökumət təşkilatlarının və icmalarının səsi daha geniş şəkildə beynəlxalq səviyyədə eşidiləcək.

“Bu təşkilatlar icmaların səsi kimi çıxış edərək bir çox qlobal gündəliyin irəlilədilməsinə töhfə verəcəklər. Buraya ən az inkişaf etmiş ölkələr, kiçik ada inkişaf etməkdə olan dövlətlər, dənizə çıxışı olmayan ölkələr və orta gəlirli ölkələr daxildir”, – deyə o vurğulayıb.

Dima Al-Khatib qeyd edib ki, Bakıdakı təqdimat və müzakirələr məhsuldar keçib:

“Bu, çox mühüm təşəbbüsdür. Bu addım Azərbaycanın Cənub-Cənub və üçtərəfli əməkdaşlıq sahəsində liderliyinə əlavə töhfə verir. Azərbaycanın bu sahədə təşəbbüsləri yeni deyil, lakin bu platforma xüsusilə önəmlidir”.

UNOSSC direktoru əlavə edib ki, əməkdaşlıq xüsusilə Qlobal Cənub və Üçtərəfli Əməkdaşlıq üzrə Qlobal Alyans çərçivəsində davam etdiriləcək.

Qlobal Cənub QHT Platformasının yaxın dövrdə BMT-nin Cənub-Cənub Əməkdaşlığı üzrə Ofisinin rəsmi tərəfdaşına çevrilib-çevrilməyəcəyi ilə bağlı suala cavab olaraq isə o bildirib:

“Qlobal Alyansa üzv olmaqla onlar artıq tərəfdaş statusuna malikdirlər”, - deyə o qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı