Modern.az

Xaricdəki müharibələrə qoşulanlar vətəndaşlıqdan məhrum edilə bilər- Bayramovdan xəbərdarlıq 

Xaricdəki müharibələrə qoşulanlar vətəndaşlıqdan məhrum edilə bilər- Bayramovdan xəbərdarlıq 

Aktual

Bu gün, 14:00

Son illər dünyanın müxtəlif bölgələrində problemlərlə üzləşən 600-ə yaxın Azərbaycan vətəndaşının yeri müəyyənləşdirilərək onların ölkəyə qaytarılması təmin olunub.

Modern.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi ilə keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycan vətəndaşları xarici ölkələrə səfər edərkən risk amillərini nəzərə almalı, rəsmi qurumlarının xəbərdarlıqlarına əməl etməlidirlər.

O bildirib ki, xarici ölkələrdəki hərbi münaqişələrdə iştirak etmək Azərbaycan qanunvericiliyinin pozulması hesab olunur:

"Bir daha xatırlatmaq istərdik ki, xarici ölkələrdə silahlı münaqişələrdə iştirak etmək Azərbaycan qanunvericiliyinə ziddir. Hətta bu cür hallar Azərbaycan vətəndaşlığından məhrum edilmə ilə də nəticələnə bilər".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?