Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanla təbii qaz tədarükü, elektrik enerjisi təchizatı və tranziti haqqında imzalanmış sazişlərlə bağlı fərmanlar imzalayıb.
Modern.az xəbər verir ki, sənədlərlə iki ölkənin hökumətləri arasında bu ilin mayın 18-də Bakıda bağlanmış hər iki saziş təsdiqlənib və qüvvəyə minib.
Fərmanlara əsasən, Gürcüstanın Xarici İşlər Nazirliyinə sazişlərin qüvvəyə minməsi üçün zəruri olan daxili prosedurların Gürcüstan tərəfindən yerinə yetirilməsi barədə Azərbaycan tərəfini, sazişlərin bağlanması barədə Gürcüstan parlamenti və Prezidentini məlumatlandırmaq həvalə olunub. Müqavilə 20 illik müddətə imzalanıb.
Hər iki fərman dərc edildiyi gündən – iyulun 15-dən qüvvəyə minib.