Modern.az

“Neftçi”nin Konfrans Liqasındakı rəqibi müəyyənləşdi

“Neftçi”nin Konfrans Liqasındakı rəqibi müəyyənləşdi

İqtisadiyyat

Bu gün, 10:04

"Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.

Modern.az xəbər verir ki, "ağ-qaralar" bu mərhələdə Belarusun "Dinamo" (Minsk) klubu ilə qarşılaşacaq.

Minsk təmsilçisi I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" kollektivini mübarizədən kənarlaşdırıb.

"Neftçi" ilk oyunu iyulun 23-də evdə, cavab görüşünü isə iyulun 30-da Bolqarıstanın Stara Zaqora şəhərindəki "Beroe" stadionunda keçirəcək.

Qeyd edək ki, UEFA-nın qərarına əsasən Belarus klubları avrokuboklarda rəqiblərini başqa ölkələrdə qəbul edirlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Trampın bütün hotelləri vurulacaq! - İrandan şok xəbərdarlıq