Modern.az

Zorakılıq qurbanı olan 41 nəfərə dəstək göstərildi - RƏSMİ  

Zorakılıq qurbanı olan 41 nəfərə dəstək göstərildi - RƏSMİ  

Aktual

Bu gün, 15:51

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdirinin müavini Sərvər Abdullayev Modern.az-ın sorğusuna cavab olaraq məişət zorakılığından zərər çəkmiş şəxslərə göstərilən xidmətlər, sığınacaqların imkanları və icra olunan sosial layihələr barədə məlumat verib.

Agentlikdən bildirilib ki, qurumun Zabratda yerləşən həssas ailə qruplarından olan şəxslər üçün sığınacaq və reabilitasiya müəssisəsində məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi fəaliyyət göstərir. 2021-ci ilin avqust ayından yaradılan bu şöbənin əsas məqsədi zorakılıq qurbanlarını müasir standartlara uyğun köməklə təmin etmək və problemin uzunmüddətli həllinə nail olmaqdır.

Zabratdakı mərkəz neçə nəfər tutur?

Mərkəzin tutumu və imkanları barədə verilən məlumatda qeyd olunur ki, şöbədə məişət zorakılığı qurbanı olan şəxslərlə yanaşı, onların övladlarının da birgə yaşaması, sosial-psixoloji və hüquqi reabilitasiyası üçün hər cür şərait yaradılıb:

"Müəssisənin məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsi 30 çarpayılıqdır. Burada sakinlərin ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, hüquqlarının müdafiəsi təmin edilir. Mütəxəssislər tərəfindən benefisiarlar fərdi ehtiyaclarına uyğun olaraq tibbi-sosial, sosial-psixoloji, sosial-pedaqoji, sosial-hüquqi və sosial-iqtisadi xidmətlərlə əhatə olunurlar".

Açıqlamada vurğulanıb ki, 2026-cı il ərzində sözügedən şöbədə 16-sı qadın, 25-i uşaq olmaqla ümumilikdə 41 nəfər müxtəlif sosial xidmətlərə cəlb edilib.

3 böyük sığınacağa dövlət dəstəyi ayrılır

Agentlikdən bildirilib ki, sosial xidmətlərin əhatə dairəsini genişləndirmək məqsədilə xüsusi sosial sifariş layihələri də həyata keçirilir. Bu çərçivədə 2026-cı ilin mart ayından başlayaraq “Sosial sığınacaqların inkişafına dəstək” layihəsi icra olunur.

Layihə çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən 3 əsas qeyri-hökumət sığınacağının fəaliyyətinə birbaşa dəstək verilir:

"Azərbaycan Uşaqları" İctimai Birliyi

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi

“Ümid Yeri" Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyəti

Bu layihə çərçivəsində baxımsız, kimsəsiz, zorakılıqdan zərər çəkmiş və ya risk altında olan şəxslərə təhlükəsiz mühit, psixoloji və hüquqi dəstək göstərilir. Qeyd olunan sığınacaqlarda hər ay orta hesabla 130 nəfərədək şəxsə müxtəlif sosial xidmətlər göstərilməkdədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin Krımı Donbasla əvəzləyəcək - Rusiyayla bağlı DƏHŞƏTLİ İDDİA