Modern.az

Qırğızıstan silkələndi - zəlzələ Bişkekdə də hiss edildi

Qırğızıstan silkələndi - zəlzələ Bişkekdə də hiss edildi

Aktual

12 Avqust 2026, 12:02

Qırğızıstanda təxminən 5 bal gücündə zəlzələ baş verib.

Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Zəlzələnin episentri Narın vilayətində, paytaxt Bişkekdən 110 kilometr cənub-şərqdə yerləşib.

Yeraltı təkanlar Bişkekdə də hiss olunub.

İlkin məlumata görə, zəlzələ nəticəsində ölən və xəsarət alan olmayıb. Dağıntılar barədə də məlumat daxil olmayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ərdoğanın təyyarəsi Bakıya daxil oldu - Havada olarkən KRİTİK MESAJ