Ukraynanın Kiyev vilayətinin Buça rayonuna Rusiya ordusunun həyata keçirdiyi hücum nəticəsində azı 27 nəfər həlak olub.
Modern.az xəbər verir ki, bu barədə Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
Həlak olanlar arasında Dmitrivka icmasının rəhbəri Taras Didiç də var. Bildirilir ki, o, insanlara kömək göstərmək üçün hadisə yerinə ilk gedənlərdən biri olub.
Hücum zamanı daha 42 nəfər yaralanıb. Onların dördü uşaqdır. Yaralılardan yeddisi xəstəxanaya yerləşdirilib.
Hadisə zonasından 59-u uşaq olmaqla 381 nəfər təxliyə edilib. Ölənlərin sayının arta biləcəyi istisna olunmur.
Məlumata görə, avqustun 28-də Rusiyaya məxsus pilotsuz uçuş aparatı Mila kəndindəki anbara zərbə endirib. Ardınca baş verən güclü partlayışlar nəticəsində 50-yə yaxın yaşayış binasına ziyan dəyib.