Modern.az

Kilsə sizdən əvvəl də olub, sizdən sonra da olacaq

Kilsə sizdən əvvəl də olub, sizdən sonra da olacaq

Aktual

Bu gün, 17:27

Erməni Kilsəsinin Müdafiəsi üzrə Ümumerməni Şurasının sədri Harutyun Ağa-Sarkisyan Ermənistanın Baş naziri Nikol Paşinyanı kilsənin fəaliyyətinə müdaxilə etməkdə ittiham edib.

Modern.az xəbər verir ki, o, Erməni Apostol Kilsəsinin sadəcə dini qurum deyil, əsrlər ərzində formalaşmış milli institut olduğunu bildirib.

Ağa-Sarkisyan hakimiyyətin din xadimlərinə qarşı cinayət təqibi aparmasını, katolikosun istefasını tələb etməsini və kilsəyə kimin rəhbərlik edəcəyini müəyyənləşdirməyə çalışmasını tənqid edib:

“Katolikos Baş nazirin tabeliyində deyil, Eçmiədzin hökumət idarəsi, kilsə isə "Vətəndaş müqaviləsi" partiyasının strukturu deyil. Erməni Kilsəsi bütün hakimiyyətlər dövründə mövcudluğunu qoruyub və əmin olun ki, sizdən sonra da qalacaq”.

Şura sədri Ermənistan hakimiyyətini diasporla münasibətdə də ziddiyyətli mövqe tutmaqda günahlandırıb. Onun sözlərinə görə, hökumət diaspor nümayəndələrindən sərmayə və dəstək gözləsə də, onların kilsəni müdafiə etməsini “siyasi müdaxilə” kimi qiymətləndirir.

“Hökumətlər və baş nazirlər müvəqqətidir, partiyalar gəlib-gedir, milli institutlar və xalqlar isə qalır. Kilsə, diaspor və ermənilik sizdən əvvəl də olub, sizdən sonra da olacaq”, – Ağa-Sarkisyan vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...