İsraildə media turunda iştirak edən azərbaycanlı jurnalistlər İsrail-Livan sərhədinə yaxın ərazidə olublar.
Modern.az-ın İsrailə ezam olunmuş müxbiri xəbər verir ki, jurnalistlər sərhəd bölgəsində mövcud vəziyyətlə tanış olub, ərazidən müşahidələr aparıblar. Səfər zamanı media nümayəndələrinə İsrail-Livan sərhədindəki təhlükəsizlik vəziyyəti, bölgənin strateji əhəmiyyəti və son dövrlərdə baş verən hadisələr barədə məlumat verilib.
Azərbaycanlı jurnalistlər ərazidən Livan istiqamətini də müşahidə etmək imkanı əldə ediblər.
Qeyd edək ki, media turda iştirak edən jurnalistlər İsrailin təhlükəsizlik, media və ictimai həyatına dair məlumatlarla tanış olurlar.