"Hörmüz boğazında davamlı təhlükəsizliyin təmin olunması üçün ABŞ-nin dəniz mühasirəsinə və hərbi müdaxilələrinə son qoyulmalıdır".
Modern.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.
Onun sözlərinə görə, bazar ertəsi Omanda keçiriləcək görüşdə İran və Oman arasında müvəqqəti və təhlükəsiz dəniz marşrutlarının müəyyənləşdirilməsi ilə bağlı Anlaşma Memorandumunun çərçivəsinin müzakirəsi nəzərdə tutulur.
Bəqayi qeyd edib ki, regional anlaşmanın əldə olunması strateji su yolunda tam və davamlı təhlükəsizliyin təmin ediləcəyi anlamına gəlmir.
“Davamlı təhlükəsizliyin bərpası yalnız ABŞ-nin sabitliyi pozan əməllərinə son qoyulması, dəniz mühasirəsinin götürülməsi və hərbi müdaxilələrin dayandırılması ilə mümkündür”, – deyə İran XİN-in sözçüsü vurğulayıb.