Modern.az

Gəncədə 3 ərazinin qazı məhdudlaşdırıldı – SƏBƏB

Gəncədə 3 ərazinin qazı məhdudlaşdırıldı – SƏBƏB

Aktual

13 Sentyabr 2026, 09:03

Gəncə şəhərinin bəzi ərazilərində qaz təchizatı məhdudlaşdırılıb.

Modern.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Məlumata görə, şəhərin Avtovağzal ərazisinə yaxın hissəsində yerləşən tunelin içərisində yüksək gərginlikli elektrik naqillərində və üzərində olan şitdə sentyabrın 12-də yanğın baş verdiyindən texniki təhlükəsizlik tədbiri olaraq "Avtozavod", "Sənaye" və "Şəhər-1" orta təzyiqli qaz xətlərindən qaz təchizatı məhdudlaşdırılıb.

Tuneldə yanğın söndürüldükdən sonra hadisə şəraitinin qiymətləndirilməsi və qaz təchizatının bərpası üçün lazım olan maddi-texniki və əmək resursları hadisə yerinə cəlb olunacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana misli görülməmiş hücum - Hazırlıqlar başladı!