Modern.az

Türkiyə Ermənistanla əməkdaşlıq edəcək

Türkiyə Ermənistanla əməkdaşlıq edəcək

Aktual

18 Sentyabr 2026, 17:12

Ermənistan və Türkiyənin media tənzimləyici qurumları yayım sahəsində əməkdaşlıq memorandumu imzalamağa hazırlaşır.

Modern.az xəbər verir ki, Ermənistanın Televiziya və Radio Komissiyasının yaydığı məlumata görə, memorandumun layihəsi artıq hazırlanır.

Məsələ sentyabrın 16-da Sofiyada Ermənistan Televiziya və Radio Komissiyasının sədri Tiqran Akopyan ilə Türkiyənin Radio və Televiziya Ali Şurasının (RTÜK) sədr müavini Deniz Gülərin görüşündə müzakirə olunub.

Görüş zamanı tərəflər yayım sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, media tənzimlənməsi və iki ölkənin müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsi məsələlərini nəzərdən keçiriblər. Ermənistan tərəfinin məlumatına əsasən, əməkdaşlıq memorandumunun imzalanması istiqamətində işlərin davam etdirilməsi barədə razılıq əldə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Allahın xoşbəxt bəndəsiyəm ki, o xəbəri ailəmə mən çatdırmadım—Şəhid atasının heç yerdə demədikləri