Modern.az

Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Aktual

Bu gün, 15:14

Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Dövlət Dumasına keçirilən seçkilərin təşkilinə göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.

Modern.az xəbər verir ki, diplomat bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

“Fürsətdən istifadə edərək, Rusiya Dövlət Dumasına deputat seçkilərinin təşkilinə göstərdiyi davamlı dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür etmək istərdim. Bakıda seçki məntəqəmiz fəaliyyət göstərir. Bir həftə əvvəl isə Azərbaycan tərəfinin dəstəyi ilə Gəncə şəhərində də seçki məntəqəsi işləyib”, – səfir bildirib.

Məntəqə seçki komissiyasının katibi Dmitri Jujjalov bildirib ki, Azərbaycanın ərazisində seçkilərin keçirilməsi üçün Rusiyanın Bakıdakı səfirliyində yerləşən məntəqəyə 3 200 seçki bülleteni hazırlanıb.

Onun sözlərinə görə, səsvermədə 500-dən çox seçicinin iştirakı gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndiyə antiterror əməliyyatından 7 gün əvvəl daxil olmuşduq – XTQ kəşfiyyatçısı