Modern.az

Köçəryanın gəlininə məxsus obyektdə axtarış aparıldı

Köçəryanın gəlininə məxsus obyektdə axtarış aparıldı

Aktual

Bu gün, 17:09

Ermənistanlı müğənni və biznes sahibi Siruşoya məxsus “Preqomeş” mağazasında axtarış aparılıb.

Modern.az xəbər verir ki, Siruso sosial şəbəkədə paylaşımında ona qarşı həyata keçirilən addımlara cavabının hər zaman əməli fəaliyyət olacağını qeyd edib.

Müğənni deyib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları ona məxsusu “Preqomeş” mağazasında axtarış aparıblar.

Onun sözlərinə görə, anbarlarda 10 min ədəd zinət əşyası və “Preqomeş”ə məxsus digər məhsullar həbs qoyulmuş vəziyyətdə saxlanılır.

Xatırladaq ki, Siruşo Ermənistanın hazırda həbsdə olan keçmiş prezidenti Robert Köçəryanın gəlinidir.

Siruşo adı ilə səhnədə tanınmış Siranuş Arutunyan sabiq prezident Robert Köçəryanın kiçik oğlu – hazırkı deputat Levon Köçəryanla 2009-cu ildə ailə həyatı qurub. 

O, vaxtilə dəfələrlə Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfərlər edib, Şuşada, Cıdır düzündə şəkil çəkdirib və bunları sosial şəbəkələrdə paylaşıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
26 sentyabr 2020-ci il və SABAH... - Modern.az