Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edib.
Modern.az xəbər verir ki, səfir “X” hesabında etdiyi paylaşımda Böyük Britaniyanın müdafiə nazirinin ilk dəfə ADEX sərgisində iştirak etdiyini bildirib.
“İlk dəfə olaraq müdafiə naziri Vernon Coaker və 18 şirkət ADEX sərgisində iştirak edir.
Tədbirdə Elin Süleymanovu da görmək xoş oldu!
Sərgimizi ziyarət edərək Böyük Britaniyanın təklif etdiyi dünya səviyyəli müdafiə təcrübəsi, innovasiya və imkanlarla tanış ola bilərsiniz”, – deyə səfir qeyd edib.
Qeyd edək ki, sentyabrın 30-da Bakı Ekspo Mərkəzində “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin rəsmi açılış mərasimi keçirilib.
ADEX ilə paralel olaraq “Securex Caspian” – 15-ci Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi də keçirilir. Tədbirlər müdafiə sənayesi və təhlükəsizlik sahəsində dünyanın müxtəlif ölkələrindən şirkət və nümayəndələri bir araya gətirir.
İlk dəfə olaraq müdafiə naziri @Vernon_Coaker və 18 şirkəti #ADEX sərgisində iştirak edir.
— Duncan Norman (@DNormanFCDO) September 30, 2026
Tədbirdə @ElinSuleymanov-u da görmək xoş oldu!
Sərgimizi ziyarət edərək Böyük Britaniyanın təklif etdiyi dünya səviyyəli müdafiə təcrübəsi, innovasiya və imkanlarla tanış ola bilərsiz. pic.twitter.com/lqIqqsPIsr