Modern.az

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Aktual

3 Oktyabr 2026, 17:15

Paytaxtın Nərimanov rayonunda oğurluq hadisələri baş verib.

DİN-dən Modern.az-a bildirilib ki, rayonun müxtəlif ərazilərində marketlərdən, eyni zamanda bir nəfərin velosipedini, digər şəxsin isə 2 ədəd mobil telefonunun talanması barədə polisə məlumat daxil olub.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən V.Cəfərov, T.Cəfərov, S.Mahmudov və əvvəllər məhkum olunmuş D.Qasımov müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla məlum olub ki, zərərçəkənlərə 5000 manatdan çox ziyan dəyib.

Faktlarla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
YAP-dan Ərdoğanın partiyasına sərt etiraz - Bunu dayandırın!