Modern.az

Hər yorğunluq depressiya deyil! – Payızda gələn gizli təhlükə

Hər yorğunluq depressiya deyil! – Payızda gələn gizli təhlükə

Aktual

Bu gün, 12:15

Payız depressiyası ilin müəyyən bir dövründə, xüsusən də payız və qış aylarında gün işığının azalması ilə əlaqədar ortaya çıxan əhval-ruhiyyə dəyişikliyidir. Bu dövrdə təbiətin solması, havaların soyuması və günlərin qısalması bir çox insanın daxili biomexanizminə təsir edərək halsızlıq, yorğunluq və motivasiya əskikliyi yaradır.

Mövzu ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Modern.az-a danışıb.

Onun sözlərinə görə, payız aylarında yaranan depressiv əlamətləri avtomatik olaraq “payız depressiyası” adlandırmaq doğru deyil:

“Klinik olaraq bu vəziyyət mövsümi affektiv pozuntudur və depressiv epizodlarla xarakterizə olunur. Digər depressiv pozuntulardan əsas fərqi simptomların müəyyən fəsildə başlayaraq həmin mövsümlə əlaqəli şəkildə təkrarlanmasıdır. Yorğunluq, həddindən artıq yuxululuq, enerjisizlik, diqqətin azalması, motivasiya itkisi, sosial fəaliyyətdən uzaqlaşma və əhvalın davamlı aşağı olması əsas əlamətlərdir. Təkcə yorğunluq və yuxululuq isə depressiya diaqnozu qoymaq üçün kifayət etmir.

Mövsümi halsızlıqdan fərqli olaraq, simptomlar davamlı olur, insanın işinə, münasibətlərinə, gündəlik fəaliyyətinə təsir edir və hər il müəyyən mövsümdə təkrarlanır”.

Psixoloq bildirib ki, bu simptomlar davamlı xarakter aldıqda psixi sağlamlıq mütəxəssisinin qiymətləndirməsi tələb olunur:

“Müalicə klinik vəziyyətə uyğun müəyyənləşdirilir; psixoterapiya, işıq terapiyası, həyat tərzi müdaxilələri və zərurət olduqda medikamentoz müalicəni əhatə edir. Antidepressant və digər preparatlar isə yalnız həkim qiymətləndirməsindən sonra təyin olunur”.

Lamiyə Cənnətzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər