Modern.az

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışdı 

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışdı 

Aktual

Bu gün, 12:47

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefonla danışıb.

Modern.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin sosial media hesabında məlumat yayılıb.

Bildirilib ki, bu gün səhər saatlarında baş tutan telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli münasibətlərinin son vəziyyəti və əlaqələrə dair məsələlər müzakirə olunub.

Ceyhun Bayramov iranlı həmkarına bacısının vəfatı ilə əlaqədar başsağlığı verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər