Modern.az

Bakıda bir neçə yolda sürət həddi endirildi 

Bakıda bir neçə yolda sürət həddi endirildi 

Aktual

Bu gün, 14:05

Bakıda hava şəraiti ilə əlaqədar bir sıra yollarda sürət həddi endirilərək portallarda "sürüşkən yol" işarəsi aktivləşdirilib.

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Hazırda Bakının bir sıra ərazilərində müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 40 km/saat, Heydər Əliyev prospekti-Mərdəkan körpüsünə qədər olan yolda isə bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bununla bağlı DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda "sürüşkən yol " işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər