Modern.az

Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Aktual

Bu gün, 15:25

Ağstafada şəhid anası vəfat edib.

Modern.az-ın məlumatına görə, Ağstafa rayon Saloğlu qəsəbəsində şəhid Raqif İsayevin anası, Şahzadə İsayeva dünyasını dəyişib.

Qeyd edək ki, şəhid R.İsayev Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı olub. O, 2 il öncə Cəbrayıl rayonunda minatəmizləmə zamanı həlak olub. Ona şəhid statusu verilib və ölkə başçısının imzaladığı Sərəncamla ölümündən sonra "Minatəmizləmə sahəsində xidmətlərinə görə" medalı ilə təltif olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyədən Bakıya rədd cavabı - Gərginlik niyə dayanmır?