Səudiyyə Ərəbistanı Yəmənin bir neçə vilayətində müxtəlif ərazilərə hava zərbələri endirib.
Modern.az xəbər verir ki, bu barədə husilərə bağlı “Əl-Məsirə” telekanalı məlumat yayıb.
Məlumata görə, zərbələr Mərib vilayətinin Məhliyə, Taiz vilayətinin Hayfan və Əl-Cəvf vilayətinin Husveyn ərazilərinə endirilib.
Yerli “Crater Sky” nəşri də Hayfanda husilərin mövqelərinin hava hücumuna məruz qaldığını bildirib.