Astarada torpaq sürüşməsi baş verib.
Modern.az xəbər verir ki, sürüşmə gecə saatlarında rayonun Vaqo kəndində Pensərçay axınının sol istiqatində qeydə alınıb.
Əsası 1988-ci illərdə qoyulan bus bəndlər, rayonda yağan aramsız yağışlar nəticəsində su sərfi artıb və bəndlərin dib yamaçı yuyulub. Nəticədə 16 ədəd, ümumilikdə 20 m uzunluqda torpaq qatı çaya aşıb. Bəzi vətəndaşların məhəllə arası istifadə etdiyi yolun kənar hissəsi ucub.
Hazırda əraziyə Astara Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mütəxəsisləri və texnikaları cəlb olunub.