Avropa ictimaiyyətini Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyinə inandırmaq getdikcə çətinləşir.
Modern.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Monreal Universitetində çıxışı zamanı bildirib.
“Avropa ictimaiyyətinə Ukraynanı dəstəkləməyin zəruriliyini izah etmək getdikcə çətinləşir, çünki hamı bu müharibədən yorulub”, – Kallas deyib.
Bununla belə, o, müharibədən yorğunluğun Kiyevə yardımın zəifləməsinə səbəb olmamalı olduğunu vurğulayıb. Kallas Avropa İttifaqını və Kanadanı Ukraynaya siyasi, maliyyə və hərbi dəstəyi davam etdirməyə çağırıb.