Modern.az

Şimşək çaxacaq, dolu düşəcək - Sabahın havası

Şimşək çaxacaq, dolu düşəcək - Sabahın havası

Aktual

Bu gün, 12:38

Oktyabrın 31-də gözlənilən hava şəraiti açıqlanıb.

Modern.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 17-20° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət isə 65-75 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq.

Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 17-21° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Bakını "vuranlara" Fələstin şapalağı - Ərdoğan nə edəcək?