Modern.az

Bakıda 20 dərəcə isti olacaq

Bakıda 20 dərəcə isti olacaq

Aktual

Bu gün, 12:17

Noyabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Modern.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 8–11, gündüz 15–20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək. Nisbi rütubət 50–60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1–6, gündüz 14–19 dərəcə isti, dağlarda gecə 3–8 dərəcə şaxta, gündüz 7–12 dərəcə isti olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xəzərdə İranla bağlı əmr - Bakıya qarşı hansı təhlükələr var?