Çin Sədri Si Cinpin böyük dövlətlərin bir-biri ilə münasibətlərini qurması üçün dörd əsas prinsip irəli sürüb.
Modern.az xəbər verir ki, Si Cinpin bu təklifləri Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla Şençjen şəhərində keçirilən üçtərəfli görüşdə səsləndirib.
Çin liderinin sözlərinə görə, böyük dövlətlər arasında qarşılıqlı münasibətlər aşağıdakı dörd prinsipə əsaslanmalıdır:
- Suverenliyə qarşılıqlı hörmət prinsipinə riayət etmək.
- Dinc yanaşı yaşamaq prinsipini qorumaq.
- Əməkdaşlıq və qarşılıqlı faydalı inkişaf prinsipini rəhbər tutmaq.
- Dialoq və məsləhətləşmələrə üstünlük vermək.
Si Cinpin bu prinsiplərin böyük dövlətlərin bir-biri ilə münasibətlərində əsas götürülməli olduğunu vurğulayıb.
Qeyd edək ki, üçtərəfli görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçirilib.

