Modern.az

Bakıda və bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Bakıda və bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ

Ölkə

Bu gün, 16:47

Milli Hidrometeorologiya Xidməti noyabrın 20-də Bakıda, Abşeron yarımadasında və bölgələrdə gözlənilən küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Modern.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, eləcə də Mingəçevir, Naftalan, Goranboy, Gəncə, Neftçala, Salyan, Göyçay, Hacıqabul, Qobustan, Daşkəsən, Şəki, Xaçmaz, Siyəzən, Şabran, Quba, Xızı və Qusarda narıncı xəbərdarlıq qüvvədə olacaq. Bu ərazilərdə şimal-qərb küləyinin sürəti 20,8–28,4 m/s-dək güclənəcək.

Sarı xəbərdarlıq verilən digər bölgələrdə isə şimal-qərb küləyinin sürəti 13,9–20,7 m/s olacaq.

Sizə yeni x var
Keçid et
İrandan kritik xəbərdarlıq - Hazır olun, VURACAĞIQ!