Modern.az

Qeyri-adi hamiləliklər, sonsuzluq, qadınlarda xərçəng kütləviləşib – ŞOK

Qeyri-adi hamiləliklər, sonsuzluq, qadınlarda xərçəng kütləviləşib – ŞOK

Aktual

12 Noyabr 2015, 09:50

Son zamanlar Azərbaycanda qadınlar arasında xəstəliklər kütləviləşib. Bunun səbəbi ən müxtəlif məqamlarla izah edilir.

Bir neçə ildir ki, Azərbaycanda çalışan Türkiyəli ginekoloq Hakan Tanriverdi Modern.az saytına müsahibəsində bu kimi məsələlərə toxunub.

 

-  Hakan bəy, bu gün Azərbaycan xanımları daha çox hansı qadın xəstəliklərindən əziyyət çəkirlər?

 

-  Azərbaycanda daha çox qeyri-adi hamiləliklər və onun sona çatdırılması, sonsuzluqla bağlı problemlər geniş yayılıb. Bu gün qadınlara ən çox verdiyimiz məsləhət odur ki, bu həssas dönəmdə daha da diqqətli olsunlar və hər ay davamlı olaraq, yoxlanışlara getsinlər. Riskli hamiləliklərin getdikcə çoxalması xanımların zamanında özlərini qoruması lazım olan şeylərdən uzaq tutması ilə bağlıdır. Mənə baş vuran xəsətələrin çoxu bu kimi məsələlərdən şikayət edirlər. Təssüf ki, indiki dövrdə qadınlar yoxlanışa az-az gedirlər, nə zaman ki hansısa problemin olduğunu hiss edirlər, o zaman həkimə müraciət edirlər. 

 

Qadınların şanslı və şanssız olduqları məqamlar da var ki, bu da Azərbaycanda ən dəhşətli xəstəlik  sayılan xərçəngdir. Amma qadınlar bir şeyi bilməlidir ki,  xərçəngin diaqnozu vaxtında qoyulduqda onun tamam sağalması mümkündür. Ona görə də qadınlar xərçəngə görə vaxtında müayinə olunmalıdırlar. Bəzi xərçənglər hiyləgərdir, aldadıcıdır. Amma süd vəzi xərçəngi tamam sağaldıla bilər. 30 yaşdan sonra 6 aydan bir ginekoloqa getmək, müayinə olunmaq vacibdir. Amma kişi üçün bu şans yoxdur. Kişidə olan xərçəng öldürücü olur. Orqanı tamam kəsib götürmək olmur. 

 

-  Bəs, sizcə, qadınların həkimə  vaxtında müraciət etməmələrinin səbəbi nədir?

 

- Hər şeydən öncə bunun maddi tərəfi var. Nə qədər həkim insaflı da olsa, bir çox xəstəlik zamanı prosedurlardan keçməli olurlar. Bu da insanları çətin vəziyyətə qoya bilir. Bu kimi hallar daha çox kənd yerlərində yaşayan qadınlarda rast gəlinir. Çünki müalicə bir kənara müayinəyə belə bəzən gücləri çatmır.  

Mənim daha çox rastlaşdığım bir məqam da qadınların utanması məsələsidir.  Öz problemlərini deməyə çəkinirlər. Və kiçik  bir problem böyüyərək, daha ağır nəticə verir. Bu zaman bəzi orqanları deformasiyası və buna bağlı bir sıra probelmlər ortaya çıxır. Maraqlısı odur ki,  bəzi evli qadınlar heç bir problemləri olmayanda belə tələsərək sonsuzluq şübhəsi ilə həkimə müraciət edirlər. Azərbaycanda bir qadın ailə qurursa, onun dərhal hamilə olması gözlənilir.

Sanki qadının birinci vəzifəsi uşaq dünyaya gətirməkdir. 1-2 ay keçdikdən sonra suallar yaranır və ətrafdan, qohum və qonşulardan təzyiqlər olur. Bu da stress yaradır. Stress kiçik olan problemləri daha da böyüdə bilər. Bədən də bioloji aparatdır. Onun da işləməsi üçün sağlıqlı və stressdən uzaq olması vacibdir. Azərbaycandakı kimi olmasa da, Türkiyədə də uşağın tez olmasını istəyirər. Ama Avropada bu, belə deyil. 30 yaşına qədər qadınlar uşaq haqqında düşünmürlər. Ailə qursalar belə, bir neçə il gəzmək, həyatlarını yaşamaq istəyirlər.

Tək qadınlarda deyil, kişilərdə də problemlər olur. Ancaq onlar həkimə getməkdən sanki çəkinirlər. Sonsuzluq məsələsində ən çox qadınları günahlandırırlar. 20 faiz qadın və kişidə uşaq necə ortaqdırsa, problem də ortaqdır. Ancaq kimdən qaynaqlandığını nəzərə alsaq, 30 faiz qadında, 40 faiz kişidə, 20 faiz isə heç birində problem olmur. Qalan 10 faizində isə hər ikisində problem olur. Ona izah edilə bilməyən sonsuzluq deyilir.


-  Yeni ailə quran qadınlar nə qədər müddətdən sonra hamilə qalmaqla bağlı həkimə müraciət etməlidir?

-  Artıq dərəcədə kök və arıqdırsa, tüklənmə çoxdursa və menstural tsiklin pozularsa, belə xanımlar gecikmədən həkimə müraciət etməlidir.

Ama heç bir problem yoxdursa, bir il gözləmək lazımdır. Bu iki nəfərlik bir işdir. Ona görə də kişilər də mütləq yoxlanışdan keçməlidir. Qadının da, kişinin də sağlam olması lazımdır. 1 ildən sonra qadının borularının, folekullarının yoxlanması vacibdir və bu məqamdan sonra ona hansısa tibbi müayinə oluna bilər. Fərziyyələrlə addım atmaq olmaz. Onu da qeyd edim ki, normal olan insanların 85 faizi bir il, 15 faiz isə 2-ci il hamilə qalır.

- Evlilikdən öncə yoxlanmaq üçün müraciət edən gənclər varmı?

 - Bəli, bu gün Azərbaycanda gənclərinin evlilikdən öncə yoxlanış üçün baş vurma hallarına daha çox rast gəlirik. Bir də evləndikdən sonra hamiləlik planlayan və yoxlanmaq üçün gələn ailələr olur. Mən indiyə qədər evliliyinin ilk aylarında “hamilə qala bilmirəm” deyib də gələn xanımları qovduğum çox olub. 4 aydır ailəli olan bir qadının “hamilə qalmıram” deyərək təşvişə düşməsi çox gərəksizdir. Buna görə də  belə xanımlara nəsə etməyə ehtiyac yoxdur. Tibbdə gərəksiz edilən müalicələr çox pis nəticələri ola bilər

 - Hamiləlik dövründə səhv müalicə hansı problemlərin yaranmasına gətirib çıxara bilər?

- Əks təsiri olmayan dərman yoxdur. Ona görə də bütün həkimlər qadınların bu həsas dönəmində onlara çox diqqətlə yanaşmalıdırlar. Gərəksiz olduğu üçün o dərmanın təsirini yox, ancaq əks təsirini görmək olar. Hətta bəzən gərəksiz əməliyyatlar da olur. Bu kimi əməliyyatlara mütəxəsis olaraq hər zaman qarşı çıxmışam. Çünki onların həyatını riskə atmaq olmaz. Mənim bəzən əməliyyat adı ilə gələn ancaq müalicə yazıb yola saldığım xəstələrim də çox olub.

- Maraqlıdır, sizə ana olmaq üçün müraciət edən ən yaşlı xanımın neçə yaşı olub?

 -Azərbaycanda Türkiyə ilə müqayisədə belə hallara o qədər də çox rast gəlmirəm. Yadımda qalan maraqlı bir ana namizədi olmuşdu ki, onun da 51 yaşı vardı. Ən çox yaş  40-45 yaş arasında ana olmaq üçün bizə baş vuran xanımlar olub.

 - Azərbaycanda süni mayalanma ilə uşaq dünyaya gətirən qadınların sayı ilə bağlı nə deyə bilərsiniz? Son illərdə artma  və ya azalama müşahidə edirsiniz?

- Süni mayalanma deyə bir şey yoxdur, biz bədəndə baş verməyən prosesləri laboratoriya şəraitində sürətləndiririk. Bu İn Vitro Fertilizasyon (İVF) adlanır. Süni dediyimiz zaman insanların ağlına süni nəsə gəlir. İmkanım olsaydı Azərbaycanda süni sözünün adını dəyişdirərdim.

Hətta bəzi insanlar bunu nə demək olduğunu başa düşmədikləri üçün buna qarşı çıxıblar. Amma mənimlə söhbətdən sonra və onlara bəzi şeyləri başa saldıqdan sonra razılaşıblar. Çünki burda süni deyə bir şey yoxdur.

Mən onlara sual verirəm ki, “əgər xanımınızın böyrəyi işləməsə dializə aparmayacaqsınızmı?” o da qarşılığında mənə “əlbəttə apararam” cavabını verirsə, demək ki, artıq bunun süni bir şey olmadığını başa düşür.  


- Artıq kişi genekoloqlara müraciət edən qadınların sayı çoxalıb. Siz bu barədə nə deyə bilərsiniz.

- Bəli, doğrudur bu gün Azərbaycanda kişi genekoloqlara qadınlar daha çox güvənir və müraciət edirlər. Bu həm də onların həyat yoldaşlarının son zamanlarda bu məsələrdə daha çox açıq olması ilə bağlıdır. Mən hər zaman xəstələrimə güvən aşılamağa çalışıram və mənim üçün qürurverici haldır ki, onlar mənə bütün xəstəlilklərdən dolayı müraciət edirlər.

-  Qadınlar xəstəliklərdən özlərini necə qorumalıdırlar?

- Bütün dünyada olduğu kimi, Azərbaycanda da ekoloji baxımdan kirlilik var. Süni qidalar, gübrələrlə yetişdirilmiş meyvələr, internet şəbəkəsindən həddən çox istifadə təsəvvür etməyəcəyiniz problemlərə gətirib çıxarır. Sağlam qidalanma və vaxtında yatmaq, stressiz həyatda yaşamaqları vacib şərtdir. Süni dəri, dar paltarlar geyinməklə özlərinə nə qədər zərər vurduqarının fərqində olmurlar.

- Stress qadınlarda daha hansı problemlərə gətirib çıxarır?

- Ailə qurub tez hamilə qalmaq istəyən xanımlar stressdən uzaq olsunlar. Çünki stress hamiləliyi gecikdirən başlıca səbəblərdən biridir. Bir-iki il uşağı olmayan, daha sonra süni mayalanma etdiyimiz xəstələr var ki, onlar bir neçə aydan sonra gəlib deyirlər ki, hamiləyəm. Stress həm də menstrual(aybaşı) tsiklinin pozulmasında da özünü göstərir.

- Hamilə qadınlara müayinə ilə bağlı nələri tövsiyə edərdiniz?

- Hamiləlik dövründə mütləq 4-5 dəfə müayinəyə gedilməlidir. Aylıq yoxlamalar da olur. İlk uşaqda tez-tez gəlib, 2 və 3-cü uşaqda daha az gələnlər olur. Həvəsləri qalmır. Birinci uşağın 1000 şəkli olursa, ikinci uşağın daha az şəkli olur. İmkan məsələsi də var. Özünə baxmayan, siqaret çəkən, spirtli içki içən hamilələr də var.

Gənc qızlarda mütləq həkim müayinəsindən keçməlidirlər. Amma maraqlısı odur ki, indiki xanımlar buna o qədər də önəm vermirlər. Onlar gözəllik salonlarında saatlarla vaxt keçirə bilirlərsə, demək ki, həkim müayinəsinə də gəlməyə vaxt tapa bilərlər. Sağlam bədən daha gözəldir. Ona görə də düşünürəm ki, əsas gözəllik daxildə olmalıdır.

-  Hazırda Azərbaycanda xanımlar normal doğuşa, yoxsa qeysəriyyə əməliyyatına üstünlük verirlər?

- Hamilə qadına qeysəriyyə əməliyyatı o zaman tətbiq edilir ki, onda ya çanaq sümüyü əyridir, ya da ürək və ya hansısa bir orqanda problem var. Uşağın normal yolla dünyaya gəlməsi mümkün deyil. Bu halda qeysəriyyə əməliyyatı vacibdir. Doğuş zamanı uşağın ciftinin qopması kimi mexaniki hallarda da əməliyat olunmalıdır.

Mən  həkim olaraq normal doğuşa daha çox üstünlük verirəm. Türkiyədə də işlədiyim klinikada normal doğuşa üstünlük verən həkim kimi birinci idim. Azərbaycanda isə qadınlar daha çox qeysəriyyə üsulu ilə uşağı dünyaya gətirmək istəyirlər. 

Pərvin Arzuqızı

Ulduz Namiqqızı

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı