Modern.az

Sabiq icra başçısı vəfat etdi

Sabiq icra başçısı vəfat etdi

Allah rəhmət eləsi̇n

5 Fevral 2022, 21:35

Saatlının sabiq icra başçısı Cahangirov Atabəy Şahmur oğlu 71 yaşında vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

 

O, 7 iyul 1951-ci ildə Saatlı rayonunun Novruzlu kəndində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Əmək fəaliyyətinə 1970-ci ildə N.Nərimanov adına kolxozda aqronom kimi başlayıb. Bu vəzifədə 1975-ci ilə qədər işləyib. Eyni zamanda kolxozun ilk komsomol təşkilatının katibi olub. 

 

O, əmək fəaliyyətinə başladığı ilk illərdən rayon rəhbərliyinin diqqətində olub. Buna görə də Saatlı Rayon Komsomol Komitəsinin 2-ci, daha sonra isə 1-ci katibi kimi məsul vəzifələrə seçilib.

 

Atabəy Cahangirov 1975-81-ci illərdə rayon komsomol komitəsində işləyib, sonradan Saatlı rayon partiya komitəsinin katibi (1981-1987), 1987-1992-ci illərdə 1-ci katibi, rayon Sovetinin sədri, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

 

O, 26 yaşında rayon gənclərinə, 36 yaşında isə rayona rəhbərlik edib. Həmin dövrdə respublikada bu yaşda rayon partiya komitəsinin birinci katibi vəzifəsinə irəli çəkilən ilk şəxs olub.

 

Qeyd edək ki, mərhum YAP-ın İdarə Heyətinin üzvü, kardioloq, professor Tofiq Cahangirovun qardaşıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı