Modern.az

İran bu ölkənin iki qurumunu terrorçu təşkilat elan etdi

İran bu ölkənin iki qurumunu terrorçu təşkilat elan etdi

Dünya

Bu gün, 11:15

İran Argentinanın Hərbi Dəniz və Hərbi Hava qüvvələrini terrorçu təşkilatlar siyahısına daxil edib.

Modern.az xəbər verir ki, bu barədə noyabrın 11-də İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin Telegram kanalında dərc olunan bəyanatda bildirilib ki, İran hökuməti qarşılıqlılıq prinsipinə əsaslanaraq və Argentinanın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terrorçu təşkilat elan etməsinə cavab olaraq bu qərarı qəbul edib.

İran XİN Argentinanın bu addımının beynəlxalq hüququn fundamental prinsiplərinə zidd olduğunu bildirib. Qurum vurğulayıb ki, SEPAH İranın rəsmi Silahlı Qüvvələrinin əsas dayaqlarından biridir.

Nazirliyin mövqeyinə görə, qəbul edilən qərarın mümkün nəticələrinə görə məsuliyyət Argentina hökumətinin üzərinə düşür.

Qeyd edək ki, Buenos-Ayres martın sonunda SEPAH-ı terrorçu təşkilatlar siyahısına daxil edib.

Argentina tərəfi bu qərarı 1992 və 1994-cü illərdə Buenos-Ayresdə törədilmiş terror aktları ilə əsaslandırıb.

Argentinanın versiyasına görə, həmin hücumları regionda SEPAH-ın əməliyyat bölməsi kimi fəaliyyət göstərən “Hizbullah” həyata keçirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rusiyaya ağır zərbələr - Şəhərlərdə cəhənnəm alovu!