ABŞ Prezidenti Donald Tramp Ağ Evin yeni mətbuat katibini müəyyənləşdirməyə çalışır. Teleaparıcı Ben Ferqyuson bu vəzifəyə əsas namizədlərdən biri hesab olunur.
Modern.az xəbər verir ki, bu barədə “Fox News” məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Telekanalın mənbəsinin sözlərinə görə, Ferqyusonun adı Trampın bir çox şəxslə apardığı müzakirələrdə çəkilib və həmsöhbətlərinin əksəriyyəti bu namizədliyi yaxşı fikir kimi qiymətləndirib.
Digər mənbə isə bildirib ki, Tramp növbəti mətbuat katibinin kişi olmasını istəyir. Ben Ferqyuson da nəzərdən keçirilən namizədlər sırasındadır.
Bu vəzifəyə digər mümkün namizədlər arasında CNN telekanalının müxbiri Skott Cenninqs, Ağ Evin kommunikasiya direktoru Stiven Çunq, “Breitbart” media qurumunun rəhbəri Metyu Boyl və ABŞ-ın keçmiş prezidenti Corc Buşun (kiçik) administrasiyası dövründə Ağ Evin mətbuat katibi olmuş Ari Fleyşer də var.
Qeyd edək ki, Ağ Evin mətbuat katibi vəzifəsi artıq bir neçə aydır vakantdır.
Avqust ayında Kerolayn Livitt ailəsi ilə daha çox vaxt keçirmək istədiyini əsas gətirərək istefa verib. Daha sonra onun yerinə Keti Zaxariya təyin edilib. Lakin o, bu vəzifədə cəmi beş gün çalışıb.