Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynova ağır itki üz verib.
Modern.az-ın məlumatına görə, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) baş gizirinin atası Əhəd Hüseynov dünyasını dəyişib.
Mərhum bu gün Ağdamın Mirəşelli kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Yaşar Hüseynovun qardaşı Füzuli Hüseynov birinci Qarabağ müharibəsində şəhid olub, digər qardaşı Fərman Hüseynov isə qazidir.
Xatırladaq ki, Ağdamın Abdal-Gülablı kəndində anadan olan Yaşar Hüseynov Şuşaya bayraq sancdıqdan sonra, Azan oxuması ilə diqqət çəkmişdi.
Allah rəhmət eləsin!