Cənubi Koreya hökuməti 2027-ci il dövlət büdcəsi layihəsində Ukraynaya 100 milyon dollar həcmində yardım ayrılmasını nəzərdə tutub.
Modern.az xəbər verir ki, bu qərar Cənubi Koreya Prezidenti Li Ce Myonun iyul ayında Ukraynaya dəstək göstəriləcəyi ilə bağlı verdiyi vəddən sonra qəbul edilib.
Müvafiq xərclərin büdcəyə daxil edilməsi təklifini Cənubi Koreyanın Xarici İşlər Nazirliyi irəli sürüb.