Azərbaycan Silahli Qüvvələrinin sabiq baş cərrahı, tibb xidməti polkovniki, tibb elmləri doktoru Famil Əlikərim oğlu Babayev 56 yaşında vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə mərhumun dostları bildiriblər.
Famil Babayev Rusiyanın Tver şəhərində dünyasını dəyişib.
Mərhum Famil Babayev 10 ilə yaxın müddətdə Azərbaycan Silahlı Qüvvələrinin baş cərrahı olub. 2017-ci ildə ordu sıralarından tərxis olunduqdan sonra Rusiyaya köçüb. O, Tver şəhərindəki Tibb Universitetinin cərrahiyyə kafedrasının professoru, 2018-ci ildən isə bu kafedranın müdiri vəzifəsində çalışıb.
Mərhum həm də 2019-cu ilin iyun ayından 2021-ci ilin sentyabr ayına kimi 6 saylı Şəhər Klinik Xəstəxanasının cərrahiyyə şöbəsinə rəhbərlik edib.
2021-ci ilin sentyabr ayında Universitet Klinikasının fəaliyyətinə nəzarət edən prorektorun tibb işləri üzrə köməkçisi vəzifəsinə təyin edilib.
Allah rəhmət eləsin…