İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçməyə çalışan iki neft tankerində partlayış və yanğın baş verdiyini bildirib.
Modern.az xəbər verir ki, SEPAH-ın açıqlamasına görə, gəmilər icazə verilməyən marşrutla hərəkət edib və əvvəlcədən naviqasiya və identifikasiya sistemlərini söndürüblər.
İran tərəfi tankerlərdən birinin dəniz minasına toxunaraq partladığını bildirib. Digər tankerin isə ABŞ qırıcılarının müşayiəti ilə hərəkət edərkən hadisə ilə üzləşdiyi və güclü yanğın nəticəsində dayandığı iddia olunub.
SEPAH hər iki tankerin boğazın cənub sahillərində tərk edilmiş vəziyyətdə olduğunu və yanmağa davam etdiyini açıqlayıb.