Modern.az

Samir Şərifovun birinci müavini vəfat etdi

Samir Şərifovun birinci müavini vəfat etdi

Allah rəhmət eləsi̇n

15 Aprel 2022, 10:10

Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, nazir müavini uzun sürən xəstəlikdən sonra 66 yaşında vəfat edib.

 

Qeyd edək ki, İlqar Fətizadə 1956-cı ildə anadan olub. 1978-ci ildə o vaxtkı Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutununu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti-red) malliyyə-statistika ixtisası üzrə bitirib.

 

Əmək fəaliyyətinə 1980-ci ildə Maliyyə Nazirliyində başlayıb, 12 il qurumda baş iqtisadçı, şöbə rəisi, Dövlət Orqanlarının Maliyyələşdirilməsi İdarəsinin rəisi, maliyyə nazirinin müavini vəzifələrində çalışıb.

 

İlqar Fətizadə 1992-1999-cu illərdə Dövlət Sosial Müdafiə Fondunun sədrinin birinci müavini olub. O, 1999-cu ildən maliyyə nazirinin birinci müavini vəzifəsində çalışıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı