Ehtiyatda olan polis polkovniki Telman Qasımov vəfat edib.
Modern.az xəbər verir ki, uzun müddət daxili işlər orqanlarında çalışmış T.Qasımov dünən axşam saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, T.Qasımovun 95 yaşlı anası Aytəki Hüseynova hazırda Xankəndi şəhərinin ən yaşlı sakini hesab edilir.
Bir neçə gün əvvəl Modern.az saytı "Polkovnik: Xankəndinin ən yaşlı azərbaycanlı sakini mənim anamdır" başlıqlı yazısında Aytəki Hüseynovadan bəhs edib.
Allah rəhmət eləsin.
