Türkiyənin məşhur hüquqşünası, konstitusiya hüququ sahəsi üzrə mütəxəssis, professor Erqun Özbudun dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı, hüquqşünas, Türkiyə Böyük Millət Məclisinin Gələcək Partiyasını təmsil edən deputatı Serap Yazıcı Özbudun X-də paylaşım edərək məlumat verib.
1937-ci ildə Ankarada anadan olan E.Özbudun Ankara Universitetinin hüquq fakültəsində doktorluq elmi dərəcəsinə qədər təhsilini davam etdirib. Professor Türkiyədə və Qərb ölkələrində pedaqoji fəaliyyətlə yanaşı, konstitusiya hüququ və siyasi elmlər sahəsində bir çox əsərin müəllifidir.
Venessiya Komissiyasının, Avropa İşgəncələr əleyhinə Komitəsinin (CPT) üzvü olmuş Özbudun 2007-ci ildə Türkiyə konstitusiyası layihəsinin hazırlanmasında iştirak edib.
Çok değerli ustam, kıymetli hocam, gönlümün sultanı, can yoldaşım, biricik eşim Prof. Ergun Özbudun’u 1 Kasım 2023 saat 01.00 itibarıyla kaybettim.
— Prof. Dr. Serap Yazıcı Özbudun (@SerapProf) October 31, 2023
Yüce Allah onu cennetinin en güzel makamına kabul etsin ve bizi tekrar bir araya getirsin. Ruhu şad, mekânı cennet olsun. pic.twitter.com/FcO3nyNVA3
Sevgili eşim Prof. Ergun Özbudun, 1 Kasım 2023’te Ankara Kocatepe Camii’nde öğle namazının ardından kılınacak cenaze namazını takiben Karşıyaka Mezarlığı’nda defnedilecektir. Sevgili Hocamızı son yolculuğuna uğurlarken ona eşlik etmek isteyenlere duyurulur.
— Prof. Dr. Serap Yazıcı Özbudun (@SerapProf) October 31, 2023