Əməkdar artist, Gülarə Əliyeva adına “Dan ulduzu” ansamblının ilk skripka ifaçısı Esmira Babayeva vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə mərhumun qohumu, hüquqşünas Səməd Vəkilov məlumat yayıb.
Esmira Babayeva bu gün səhər saatlarında vəfat edib.
Qeyd edək ki, Esmira Babayeva bu yaxında vəfat edən bəstəkar Mobil Babayevin bacısıdır. O, həmçinin Azərbaycanın mərhum Xalq şairi Vaqif Səmədoğlunun baldızıdır (şairin həyat yoldaşı Nüşabə Babayeva-Vəkilovanın bacısı).
Allah rəhmət eləsin!