Modern.az

Əlibala Əsgərov vəfat etdi

Əlibala Əsgərov vəfat etdi

Allah rəhmət eləsi̇n

Bu gün, 09:12

Gürcüstanda fəaliyyət göstərən “Qeyrət” təşkilatının təsisçilərindən biri, ictimai xadim Əlibala Əsgərov vəfat edib.

Modern.az Aktual.ge-yə istinadən xəbər verir ki, o, avqustun 9-u axşam saatlarında dünyasını dəyişib.

70 yaşlı Ə.Əsgərovun uzunsürən xəstəlikdən həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, Əlibala Əsgərov uzun müddət Gürcüstanda yaşayan azərbaycanlıların hüquqları, sosial problemləri, ana dili və təhsil məsələləri, eləcə də icmanın ictimai-siyasi həyatda fəal iştirakının təmin olunması istiqamətində fəaliyyəti ilə tanınıb.

Sizə yeni x var
Keçid et
Ukraynadan ard-arda ağır ZƏRBƏLƏR - Moskva vuruldu