Modern.az

Tanınmış məşqçi vəfat etdi

Tanınmış məşqçi vəfat etdi

Allah rəhmət eləsi̇n

11 Avqust 2026, 15:16

Uzun illər Azərbaycanda uşaq futbolunun unkişafı üçün çalışan tanınmış məşqçi Elbrus Rzayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Modern.az xəbər verir ki, bu barədə məlumatı onun dostları ictimailəşdiriblər.

Elbrus Rzayev əvvələr Cəbrayılın "Xudafərin", Ağdamın “Qarabağ” komandalarında uşaq futbolunun inkişafı üçün çalışıb.
O, məhz məşqçilik bacarığına görə ölkənin ən titullu klublarından olan "Qarabağ"da işlə təmin edilmişdi. E.Rzayev "Qarabağ" futbol klubunun akademiyasında aşağı yaş qrupundan olan futbolçularla işləyib.

Hazırladığı futbolçular "Sabahın Ulduzları" yarışlarında 1-ci, 2-ci və 3-cü dərəcəli mükafatlara layiq görülüb. Təmkin Xəlilzadə, Mahir Emreli, Ehtiram Şahverdiyev, Rövlan Muradov, Kənan Manafov, Elnur Süleymanov, Pərviz Qaraxanov və bir çox digər futbolçunun yetişməsində və inkişafında Elbrus Rzayevin əməyi danılmazdır.

Elbrus Rzayevin sonuncu iş yeri Cəbrayıln Region Liqasında çıxış edən “Xan Çinar” klubunda 12 yaşlılar üzrə baş məşqçi postu olub

Allah rəhmət eləsin.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?