9 Oktyabr 2016, 21:27 | Ana Səhifə - Yazılar - 150 süpürgə: təhqirə bürünmüş etiraz FORMASI
150 süpürgə: təhqirə bürünmüş etiraz FORMASI

Namidə BİNGÖL

 

Yeri gəldi gəlmədi işıqlı gələcəkdən ağızdolusu danışırıq. Yan-yörəmizdə dövr edənləri görməzlikdən gəlirik. Nə vaxta qədər?!

 

Həftənin hesabatını təqdim edirəm

 

Ermənistan yeni obrazda

 

Ara-sıra elə əhvalatlar baş verir ki, hadisə yerindən yayılan sorağa lap bişmiş toyuğun da gülməyi gəlir. Onsuz da Ermənistan rəhbərliyinin sayıqlamalarına  adət etmişik. Bu dəfə də xarici işlər nazirinin müavini Aşot Hovakimyan işğalçı dövlətini “səxavət mələyi” obrazında təqdim etməyə çalışıb.

 

Cenevrədə təşkil edilən konfransda Aşot Hovakimyan deyib ki, Ermənistan Suriyadan gələn 20-dən çox qaçqına sığınacaq verib. İşə bax ha! Özləri oğru pişik kimi özgə torpaqlarına sığınıblar. Üstəlik, başqalarına da “yardım əllərini” uzadırlar.

 

Gürcü xalqı səs verdi

 

Yola saldığımız həftə qonşu Gürcüstanda parlament seçkiləri keçirildi. Demək olmaz ki, seçkilər tam sakit şəraitdə baş tutdu.

 

Hakim “Gürcü arzusu” Partiyası ilə Sakaşvilinin “Vahid Milli Hərəkatı” Partiyası arasında açıq savaş gedirdi. Elə dünya mediasının diqqəti də bu iki partiyaya yönəlmişdi. Sakaşvilinin hakim partiyaya müxalif mövqedə dayanması, sanki odun üzərinə benzin tökmək təsiri bağışlayırdı.

 

Seçki günü yaşanan qalmaqalın mərkəzində müxalifətin dayandığı iddia olunduğundan, döyülənlər də Sakaşvilinin adamları oldu.  Hərçənd ki, hakim partiyaya yaxın qüvvələr bunun provakasiya xarakteri daşıdığını irəli sürdülər.

 

Exit-Pollun nəticələri açıqlanan kimi baş nazir İrakli Kvirikaşvili  qalibiyyət kürsüsündə əyləşdiklərini sevinclə elan edib.

 

Müəllimlərin günü

 

Yola saldığımız həftə ölkə gündəmini təhsil işçilərinin peşə bayramı ilə bağlı məlumatlar zəbt etdi. Şənlərinə iradlar da, tənqidlər də, təriflər də söylənildi. Təəssüf ki işıqlı gələcəyimiz olan təhsildə indi fərqli ab-hava hökm sürür. Çətin ki, 10, 20, 30 ildən sonra indiki fidanlar “müəllimlik şərəfli peşədir” deyə bilsinlər.

 

Bilmirəm, bu ifadəni  nümunəvi formada təqdim etmək nə dərəcədə doğrudur. Amma bizim kiçik beynimizdə sual işarəsi daima yaranırdı. “Görəsən, müəllimlər çörək yeyirmi?!” deyə öz-özümüzə sual edirdik.

 

Küçədə, parkda, nəqliyyat vasitələrində rastlaşdığımız zaman sanki əlimiz ayağımıza dolaşırdı. Müəllimin çəkisi o dərəcədə yüksək idi ki, şagird olaraq hörmət meyarlarımız  da çərçivəni aşmırdı. Ailədə valideyn sözünü eşitməyən dəcəl uşaqlar üçün “müəlliminə deyəcəm, bax, ağıllı ol ha” kəlməsi kifayət idi.

 

Bir sözlə, müəllim sözü bir zamanların brend markası hesab olunurdu. O brend marka bugünkü kimi təbəqələrə bölünməmişdi. Varlı, kasıb, yetim, xəstə ailələrdə müəllim seçim etmirdi. Haqq hesab aparmırdı. İldə bir neçə dəfə “cibəgirən”  rolunda çıxış etmirdi.

 

Bu gün isə müəllimlik missiyası fərqli formalarda təzahür edir. Təəssüf ki, şagirdin əlinə göz dikən müəllimin, mənəvi hissləri də yavaş-yavaş tükənməyə başladı.

 

Şagirdlərə milli-mənəvi sərvətlərin qorunub saxlanılmasını aşılayan müəllim, bir də ayıldı ki,  mənəvi hisslərini elə şagirdin ayaqları altında özü əzdirib.

 

Mənəvi hisslər tükənəndə bilirsiz də nələr baş verir?!

 

Yavaş-yavaş siniflərimiz döyüş meydançası, tövlə ilə səhv salınmağa başlandı. Bir gün eşitdik ki, müəllim şagirdini şillə təpiyin altına salıb. Az keçmədi ki, ehtirasını, şagirdini zorlamaq yolu ilə  “öldürən” müəllimin xəbəri gəldi.

 

Bunların hamısı o zaman kriminal aləmin “bəzəyinə” çevrildi ki, müəllim, 3-5 manata görə şagirdlər arasında  seçim etməyin bünövrəsini artıq qoymuşdu.

 

Paralel hüquqlara sahib olanları ayırıb birini qara, digərini ağ çadıra salanda, nəticə heç də ürəkaçan olmur. Olmadı da!

 

Elə illərdir cibimizi süpürgə pulu ilə soyanların görünür, nə dini var, nə də imanı. Hər şeyə bir çarə tapılıb. Amma süpürgə pulu yığmaq bitmir ki, bitmir.

 

Bu yaxınlarda bu süpürgə pulu məsələsinə görə Bərdə sakini elə bir addım atıb ki, sətraltı mənası başdan-ayağa sarkazmdır. Deməli, Bərdə rayonu  Hacallı kənd sakini Elxan Zeynalov uşağının oxuduğu məktəbdə süpürgə pulu yığılmasından bezib. Nəhayət, çarə də tapıb. 150 ədəd süpürgə alaraq məktəbə verib. Əslində, 150 ədəd süpürgə məsələsi  müəllim ordusu üçün xoş olmayan “hədiyyədir”.

 

Yəni, “müəllim nə qədər pul istəyər şagirddən. Alın, bu 150 ədəd süpürgəni, əl çəkin! Bəlkə, gözləriniz doydu” deyir. Təəssüf ki, 150 ədəd süpürgə təhqirə bürünmüş  etiraz formasıdır. Və biz də buna etinasız yanaşırıq.

 

Təbii ki, bizim vicdanlı, işinin öhdəsindən peşəkarlıqla gələn MÜƏLLİMLƏRİMİZ var. Onlar dünən də sevgilə xatırlanıb bu gün də xatırlanır. Sabah da xatırlanacaq.

 

Əmir Teymur, Sultan Süleyman Qanuni kimi  hökmdarlar  müəllimlərini hər zaman   minnətdarlıqla anıblar.

 

Dövrümüzün dahilərindən olan Çingiz Aytmatova sual olunmuşdu: “ölkəni üzləşdiyi  tənəzzüldən necə xilas etmək olar?!” Cavabı çox qısa olmuşdu. Sadəcə, “məktəbləri düzəldin”  demişdi.

 

Ona görə də  məktəblərdə təhsil alan şagirdlərin işıqlı yolu müəllimlərdən asılıdır. Özü də əsl müəllimlərdən!

 

Bayramınız mübarək!

 

Türkmən Həkimləri Dərnəyinin sədri İlham Əliyevi təbrik etdi 30 Noyabr 2020, 18:23 Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni evlər verildi - FOTO 30 Noyabr 2020, 18:14 Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ 30 Noyabr 2020, 18:05 İran Qarabağın bərpasında iştirak etməyə hazırdır - Vitse-prezident 30 Noyabr 2020, 17:59 Qəzada ölən tələbələr Covid-19 xəstələrini müalicə edirdilər - TƏBİB 30 Noyabr 2020, 17:53 Paşinyan rusiyalı həmkarı ilə telefonda danışdı 30 Noyabr 2020, 17:47 Banklarda bu günə olan valyuta məzənnələri 30 Noyabr 2020, 17:42 Azərbaycanda koronavirusa yoluxma AZALDI 30 Noyabr 2020, 17:36 Gəncə Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi 30 Noyabr 2020, 17:30 “Oğlum öz şəklinə baxıb dedi ki, bir gün burada şəhid görəcəksən” - Şəhid anası 30 Noyabr 2020, 17:25 Azərbaycanın axtarışa verdiyi jurnalist Laçına gəldi 30 Noyabr 2020, 17:20 FHN-in Laçındakı inzibati binasının lövhəsi hazırdır 30 Noyabr 2020, 17:14 Ermənilər daha bir tarixi məscidimizi tövləyə çevirdi - FOTO 30 Noyabr 2020, 17:09 Laçının yol nişanları hazırlanıb 30 Noyabr 2020, 17:03 Ombudsman beynəlxalq ictimaiyyətə müraciət edib 30 Noyabr 2020, 16:58 İşğaldan azad olunmuş ərazilərə getməyə nə vaxt icazə veriləcək? - AÇIQLAMA 30 Noyabr 2020, 16:53 “Nar”ın 4G istifadəçilərinin sayı 35 % artıb   30 Noyabr 2020, 16:50 Rusiyanın Qafqazda rolu necə olacaq? - ŞƏRH 30 Noyabr 2020, 16:45 “Qəbələ” - “Qarabağ” matçının vaxtı açıqlandı 30 Noyabr 2020, 16:39 YAP Gəncə şəhər təşkilatının gəncləri şəhid ailələrini ziyarət ediblər - FOTO   30 Noyabr 2020, 16:34 Putin də Paşinyandan üz çevirdi – Moskva səfəri ləğv olundu 30 Noyabr 2020, 16:29 Biləsuvarda avtomobil kanala aşdı 30 Noyabr 2020, 16:26 Azərbaycan dövlətçiliyinin islahatlar və zəfər mərhələsi - Ədalət Vəliyevin YAZISI 30 Noyabr 2020, 16:20 Erməni bayrağını erməninin özünə endirtdi - VİDEO 30 Noyabr 2020, 16:16 Atambayev barədə məhkəmə hökmü ləğv edildi 30 Noyabr 2020, 16:11 Deputatın adına saxta profil açıldı   30 Noyabr 2020, 16:07 Sülhməramlılar münaqişə zonasından 600-dən çox cəsəd çıxarıb 30 Noyabr 2020, 16:05 İtaliyanın daha iki bələdiyyəsindən Azərbaycana DƏSTƏK 30 Noyabr 2020, 16:03 Azərbaycanda 8 siyasi partiya sədri vəfat edib 30 Noyabr 2020, 16:00 Şuşa uğrunda şəhid olan müəllim 30 Noyabr 2020, 15:55 Baş Prokurorluq əhaliyə müraciət etdi - VİDEO 30 Noyabr 2020, 15:50 Şuşa türməsində Dilqəm Əsgərovun şeir dəftəri TAPILDI - FOTO 30 Noyabr 2020, 15:45 Gəncədə erməni terroruna qarşı aksiya keçirildi - VİDEO 30 Noyabr 2020, 15:44 Ermənistanın dinc əhaliyə qarşı cinayətlərinin STATİSTİKASI 30 Noyabr 2020, 15:40 Evini tərk edən daha iki nəfər COVİD-19 xəstəsi saxlanıldı 30 Noyabr 2020, 15:37
SORĞU Cəbhə xəbərlərini hansı mənbədən alırsınız?