Modern.az

“Savadsız məzunlar gələn il də attestat ala bilməyəcəklər”

“Savadsız məzunlar gələn il də attestat ala bilməyəcəklər”

Ölkə

4 Sentyabr 2009, 13:43

«Əvvəlki illərdə olduğu kimi, bu il də bir sıra yeni məktəb tikilib, avadanlıqların verilməsi davam etdirilib. Bu məqsədlə ölkənin büdcəsindən 60 milyon manata yaxın vəsait ayrılıb». Modern.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Mirsir Mərdanov deyib. Onun sözlərinə görə, bu il 50 yeni məktəb binası şagirdlərin istifadəsinə veriləcək: “İlk dəfə olaraq bu il 100-dən artıq orta məktəbə fizika və kimiya fənnləri üzrə laboratoriya vasitələri verləcək. Cari tədris ilində xarici fənnlərin tədrisi daha böyük önəm kəsb edəcək. Rus və ingilis dilinin tədrisinə xüsusi diqqət yetiriləcək. 1-5-ci siniflərdə xarici dilin tədrisinə ayrılan saatlar iki dəfədən çox artırılacaq. İngilis dilinin tədrisi seçilmiş müəllimlər tərəfindən aparılacaq. Bu il həmçinin rus dilinin xarici dil kimi intensiv öyrənlisməsi layihəsinə də başlayırıq. Bu fənnin 1-5-ci siniflər üçün nəzərdə tutulmuş tədris saatları da iki dəfə artırılacaq. Peşə təhsili tarixində böyük bir addım ataraq 8 fənn üzrə şagirdrlər üçün dərsliklər hazırlamışıq. 90 il ərzində Azərbaycanda peşə təhsili alan şagirdlər üçün bir ədəd belə dərslik hazırlanmayıb. Bununla yanaşı, üç məktəbdə pilot olaraq həndəsə və cəbr fənnlərini birləşdirmişik».
Ötən tədris illərində 19 min şagirdin attestat ala bilmədiyini xatırladan M.Mərdanov savadsız şagirdlərin gələn il də attestatsız qalacğını söyləyib.
M.Mərdanov bu il 300 nəfərdən artıq tələbənin təhsil almaq üçün xaricə göndərilidiyini qeyd edib: “2015-ci ildə bu rəqəm  5000-ə çatdırılacaq". Nazir hesab edir ki, builki dərsliklər ötən illərlə müqayisədə həm məzmun, həm də poliqrafik kefiyyət baxımından çox yüksəkdir. O, dövlət proqramına əsasən, son beş ildə 1308 müəllimin rayonlara işləməyə göndərildiyini vurğulayıb.Amma hələ də regionlarda müəlimlərə olan ehtiyac var.

 

Aqil LƏTİFOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir