Modern.az

Almaniyada təyyarə qəzaya uğradı, ölənlər var

Almaniyada təyyarə qəzaya uğradı, ölənlər var

Dünya

4 Oktyabr 2026, 21:44

Almaniyanın Baden-Vürtemberq federal torpağının Heylbronn dairəsində yerləşən Gündelşaym şəhəri yaxınlığında yüngülmotorlu təyyarə qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, bu barədə SWR tele-radio şirkəti polisə istinadən məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində təyyarənin göyərtəsində olan 2 nəfər həlak olub.

Bildirilib ki, təyyarə eniş zamanı hasara ilişib və ağaca toxunub. Bundan sonra yerə düşərək qəzaya uğrayıb.

Hadisə yerinə polis, həmçinin yanğınsöndürmə və xilasetmə xidmətlərinin əməkdaşları cəlb olunub. Qəza yerində başlayan yanğın artıq söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə