Modern.az

OPEC+ kvotaları qoruyacaq

OPEC+ kvotaları qoruyacaq

Dünya

Bu gün, 00:55

OPEC+ ölkələrindən yeddisi noyabr ayı üçün neft hasilatı üzrə mövcud kvotaları saxlamaq qərarına gəlib.

Modern.az xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) mətbuat xidməti məlumat yayıb.

Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Əlcəzair və Oman nümayəndələri oktyabrın 4-də görüş keçirərək qlobal neft bazarındakı vəziyyəti və onun perspektivlərini müzakirə ediblər.

Noyabr ayında Rusiyanın gündəlik neft hasilatı kvotası 9,949 milyon barel, Əlcəzairin 1,007 milyon barel, İraqın 4,431 milyon barel, Küveytin 2,676 milyon barel, Səudiyyə Ərəbistanının 10,478 milyon barel, Qazaxıstanın 1,628 milyon barel, Omanin isə 841 min barel təşkil edəcək.

Ölkələr Əməkdaşlıq Bəyannaməsi çərçivəsində öhdəliklərini tam həcmdə yerinə yetirmək niyyətini təsdiqləyiblər. OPEC+ iştirakçıları qlobal neft bazarındakı vəziyyəti qiymətləndirmək üçün aylıq görüşləri davam etdirəcəklər. Növbəti görüşün noyabrın 1-də keçirilməsi planlaşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər