Modern.az

AQTA əməkaşlarını kafeyə buraxmayan sahibkar CƏRİMƏLƏNDİ

AQTA əməkaşlarını kafeyə buraxmayan sahibkar CƏRİMƏLƏNDİ

Hadisə

Bu gün, 18:24

Masallıda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarını yoxlamaya buraxmayan sahibkar cərimələnib.

Modern.az-ın xəbərinə görə, rayon sakinlərindən biri AQTA-nın qaynar xəttinə zəng edərək, Masallı rayonu, M. Talışxanov küçəsində yerləşən “Göyərçin” kafesinin antisanitar vəziyyətdə fəaliyyət göstərməsini və mənşəyi məlum olmayan məhsullardan yemək bişirildiyini bildirib.

Müraciətlə əlaqədar AQTA əməkdaşları həmin obyektə qanuni şəkildə yoxlamaya gediblər. Lakin obyektin sahibkarı A. Həşimov onlara mane olaraq, yoxlama yerinə buraxmayıb.

Nəticədə onun barəsində müvafiq maddə ilə protokol tərtib olunub.

Həşimov bildirib ki, müraciət edən şəxs əvvəllər də dəfələrlə onun kafesi ilə bağlı şikayətlər etdiyi üçün həmin gün əsəbi olub. O, etdiyi əməlin səhv olmasını bildiyini və AQTA əməkdaşlarına yoxlama üçün imkan yaradacağını bildirib.

Məhkəmənin qərarı ilə A. Həşimov 3000 manat məbləğində, inzibati qaydada cərimələnib.

 

İlyas Turan

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər