Modern.az

Deputatlar Türkmənistana gedirlər

Deputatlar Türkmənistana gedirlər

Parlament

Bu gün, 15:26

Milli Məclisin vitse-spikeri Musa Qasımlı, parlamentin komitə sədri Əhliman Əmiraslanov və deputat Tənzilə Rüstəmxanlı oktyabrın 5-də Türkmənistanın Avaza şəhərinə səfər edəcəklər.

Modern.az-ın məlumatına görə, səfər çərçivəsində deputatlarımız Milli Turizm Zonasında keçiriləcək “Demoqrafik proseslər və dayanıqlı inkişaf: müasir dövrün çağırışları və beynəlxalq təcrübə”, “Sülhün qorunmasında və davamlı inkişafa nail olunmasında qadınların rolu” və “Səhiyyə xidmətlərinin hamı üçün əlçatanlığı və dayanıqlı inkişaf məqsədləri” adlı beynəlxalq konfranslarda iştirak edəcəklər.

Qeyd edək ki, səfər oktyabrın 9-da başa çatacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər